11 C
Baku
27 Mart 2026, 16:36
Dünya

İranın Hörmüz boğazında üstünlüyü nədədir?

Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı faktiki olaraq bağlanıb və bu vəziyyət qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Analitiklərə görə, İranın bu strateji su yolunda üstünlük qazanmasının əsas səbəbləri onun coğrafi mövqeyi və istifadə etdiyi qeyri-ənənəvi hərbi üsullardır.

Məlumata əsasən, dünya neft və qaz tədarükünün təxminən 20 faizi məhz bu dar boğazdan keçir. Lakin son həftələrdə artan təhlükələr səbəbindən gəmiçilik fəaliyyəti demək olar ki, dayanıb.

Ekspertlər bildirirlər ki, boğazın ən dar hissəsi cəmi 24 mil enindədir və gəmilər əsasən iki dar zolaqdan keçmək məcburiyyətində qalır. Bu isə İran üçün hədəfləri izləməyi və müdaxilə etməyi xeyli asanlaşdırır.

Bundan əlavə, İranın uzun sahil xətti və mobil raket sistemləri də onun mövqeyini gücləndirir. International Institute for Strategic Studies eksperti Nick Childs bildirib ki, bu bölgə “boğucu nöqtə” hesab olunur və alternativ marşrutların olmaması vəziyyəti daha da çətinləşdirir.

Analitiklərə görə, İran həmçinin dəniz minaları, pilotsuz uçuş aparatları və sürətli hücum katerləri kimi vasitələrdən istifadə edərək böyük hərbi gücə malik ölkələr üçün belə risk yaradır.

Hazırda bölgədə minlərlə gəminin ilişib qaldığı bildirilir və bu vəziyyət qlobal enerji qiymətlərinə təsir etməkdə davam edir. ABŞ və müttəfiqləri isə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün yeni hərbi və diplomatik addımları nəzərdən keçirir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Çin ABŞ-a qarşı “ticarət maneəsi” istintaqına başladı

Aynur Camal

Arktikada dəniz buzları rekord səviyyədə azalır

Aynur Camal

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu