Bugun.tv xəbər verir ki, İranın mərhum Ali Lideri Əli Xamenei doğulduğu Məşhəd şəhərində yerləşən İmam Rza müqəddəs ziyarətgahında dəfn olunub.
TASS-ın məlumatına görə, Xamenei ABŞ və İsrailin bombardmanları zamanı həlak olan ailə üzvlərinin yanında torpağa tapşırılıb. İki il əvvəl helikopter qəzasında həyatını itirən İranın sabiq prezidenti İbrahim Rəisi də həmin ziyarətgahda dəfn edilib.
Məlumata əsasən, dəfn mərasimi zamanı təhlükəsizlik və izdiham səbəbindən əvvəlcədən planlaşdırılan marşrut dəyişdirilib. Cənazə kortejinin çoxsaylı insanın toplandığı küçələrdən keçməsi mümkün olmadığından tabutun Məşhədə çatdırılması üçün helikopterdən istifadə edilib.
Jurnalistlərin dəfn mərasimində iştirakına icazə verilməyib.
Əli Xameneinin vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Onun cənazəsi bir neçə gün paytaxtdakı Mosalla məscidində saxlanılıb. İyulun 6-da genişmiqyaslı vida mərasimi keçirildikdən sonra tabut İranın dini mərkəzlərindən olan Qum şəhərinə aparılıb.
Daha sonra iyulun 7-də Xameneinin cənazəsi əlavə dini mərasimlərin keçirilməsi üçün İraqın Nəcəf və Kərbəla şəhərlərinə çatdırılıb. Mərasimlərin başa çatmasının ardından cənazə yenidən Məşhədə gətirilərək İmam Rza ziyarətgahında dəfn edilib.
Mənbə: TASS

