4 C
Baku
23 Dekabr 2025, 3:58
Siyasət

İranın neft naziri İsraili qaz kəmərində təxribat törətməkdə ittiham etdi

Bugun.tv xəbər verir ki, İranın neft naziri Cavad Ovci İsraili ölkənin magistral qaz kəmərini sıradan çıxarmaq təxribatını törətməkdə ittiham edib. Tasnim xəbər agentliyi bildirib.

Rəsminin sözlərinə görə, “İsrailin planı nəticəsində qaz kəmərinin yalnız bəzi qolları zədələnib” və “təxribat aktı baş tutmayıb”. Ovji vurğulayıb ki, partlayışdan iki saat sonra mütəxəssislər qaz təchizatını bərpa etməyə başlayıblar və “bu planın şəhərlərə və yaşayış məntəqələrinə qaz təchizatı üçün heç bir nəticəsi olmayıb”.

İranın Çaharmahal və Bəxtiyari əyalətində qaz kəmərinin əsas hissəsində iki partlayış baş verib. Ardınca yanğın olub. Neft naziri hadisənin təxribat olduğunu bildirib.

“New York Times” yazırdı ki, məhz İsrail İran qaz kəmərinin iki qoluna gizli hücumlar həyata keçirə bilər.

Mənbə tass

Kəmalə Sultan

Oxşar xəbərlər

“Təcili: Laçın yolu ordumuzun nəzarətinə götürülməlidir!”- VİDEO

Aynur Camal

Fərid Şəfiyev: Ermənistan “xilas” naminə ayrılmaq istəyir

Bugün TV

Azərbaycan Prezidenti: “Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu