Baş xəbər

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert Məhəmməd Əsədullazadə Yaxın Şərqdə baş verən proseslər və İran ətrafındakı gərginliklə bağlı fikirlərini bölüşüb. Ekspert bu barədə sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, İsrailin İranda mülki infrastruktura və su anbarlarına zərbələr endirməsi ölkədə humanitar böhran riskini artırır. Əsədullazadə qeyd edib ki, belə addımların məqsədi əhalinin rejimə qarşı etiraz dalğası yaratması ola bilər. Lakin ekspert hesab edir ki, bu halda əhali daha çox ABŞ və İsrailə qarşı etiraz edə bilər.

Siyasi ekspert bildirib ki, müharibə zamanı mülki infrastruktura zərbələr endirilməsi və humanitar böhran yaradılması beynəlxalq hüquq baxımından ciddi problem hesab olunur. Onun sözlərinə görə, oxşar strategiya daha əvvəl Qəzza zolağında da tətbiq olunub, lakin gözlənilən nəticə əldə edilməyib və Həmas fəaliyyətini davam etdirib.

Əsədullazadə əlavə edib ki, İranda Əli Xameneidən sonra dini lider institutunun əvvəlki qədər güclü olması ehtimalı azdır. Onun fikrincə, ABŞ-ın hərbi və siyasi təzyiqləri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zəifləməsi mümkündür və gələcək mərhələdə islahatçı qüvvələrin mövqeyi güclənə bilər.

Ekspert qeyd edib ki, ABŞ prezidenti Donald Trump İranın bölünməsi ehtimalını istisna etməsə də, belə bir ssenariyə region ölkələrinin – xüsusilə Türkiyə və Pakistanın müqavimət göstərə biləcəyini bildirib.

Məhəmməd Əsədullazadənin fikrincə, ümumilikdə İranın sərhədlərinin dəyişdirilməsi real görünmür və ABŞ-ın əsas strategiyası ölkəni zəiflətmək və öz maraqlarına uyğun şərtləri qəbul etdirməkdən ibarətdir.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu