27 C
Baku
28 İyun 2025, 12:51
Baş xəbərSiyasət

“İranın xarici işlər nazirinin diplomatik çabaları nəticə verə bilməz..”

“İranın xarici işlər nazirinin S. Əraqçının Rusiya səfəri və diplomatik təmasları heç bir müsbət nəticəsi olmayacaq. Rusiyanın ciddi İrana hərbi dəstəyi mümkün görünmür. Çünki, Rusiyanın özünə hərbi dəstək lazımdır. Siyasi dəstəyinə gəldikdə isə, ümumiyyətlə ABŞ və İsrail Rusiya ilə danışıqlarda maraqlı deyil. Rusiyanın təsirli dəstəyidə İranda sistemi qoruya bilməyəcək. Rusiyanın İrana hərbi -siyasi dəstəyi sistemin qorunması üçün yetərli deyil” – Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əssədullazadə deyib.

Ekspert eyni zamanda vurğulayıb ki, İran rejimi islahatlara gedib, hakimiyyəti prezident M. Pezeşkiana təhvil verməkdən başqa çıxış yolu yoxdur. ABŞ və İsrailin hədəfi rejimi dəyişməkdir.

D. Tramp İranin təslim olmasını deyərkən hakimiyyətin təhvil verilməsini qeyd edir.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə S. Xameneinin hakimiyyəti təhvil verilməsini diplomatik kanallarla çatdırır.

Azərbaycanda proseslərdən kənar qalmamalıdır. Prezident M. Pezeşkiana siyasi dəstək verə bilər . Bu, maraqlarımıza uyğundur. Həmçinin İsrailə Azərbaycanlılarla bağlı növbəti mesajını verməlidir. Təbriz və digər Azərbaycan şəhərlərində mülki infrastrukturun vurulmamasını tələb etməlidir.

Mənbə: Məhəmməd Əsədullazadə Milli Cəbhə partiyasının başqanın müavini

Aynur Camal

Oxşar xəbərlər

Cənab İlham Əliyevin yenidən prezident seçilməsi qələbə coşqusu ilə qarşılandı-VIDEO

Bugün TV

Yük maşını ilə mikroavtobus toqquşdu: 8 nəfər yaralandı

Kəmalə Sultan

Münasibətlər qardaşlıq, strateji müttəfiqlik əsasında qurulub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu