İranın xarici işlər naziri Abbas Arakçi Yaxın Şərqdə gərginliyin təhlükəli həddə çatdığını vurğulayaraq, sülhün qapısını açıb: “İsrailin hücumları bitərsə, biz də cavab tədbirlərimizi dayandıracağıq”.
İsrail və İran arasında qarşılıqlı hücumların üçüncü günündə İranın xarici işlər naziri Abbas Arakçidən diqqətçəkən bir açıqlama gəlib. Tehranda keçirdiyi mətbuat konfransında İranın reaksiyalarının qanuni müdafiə çərçivəsində olduğunu vurğulayan Arakçi, “İsrailin hücumları sona çatarsa, biz də cavab tədbirlərimizi dayandıracağıq” deyərək bölgədəki gərginliyin azaldılmasına dair açıq diplomatik siqnal verib.
BƏSRA XƏBƏRDARLIĞI
İsrailin İranın Qətərlə paylaşdığı Cənubi Pars qaz yatağına hücumlarının “açıq-aşkar təcavüz və çox təhlükəli bir hərəkət” olduğunu vurğulayan Arakçi, “Münaqişənin Fars körfəzinə yayılması, müharibəni bütün bölgəni əhatə edəcək şəkildə genişləndirməyi hədəfləyən böyük strateji səhvdir” deyib.
Arakçi bildirib ki, bu hücumlar təkcə İran üçün deyil, bütün region ölkələri üçün təhlükə yaradır. “Bu əməliyyatın məqsədi danışıqları sabotaj etmək idi” deyən Arakçi, bu gün də oxşar ssenarinin yaşandığını iddia etdi.
Arakçi həmçinin ABŞ-ın İsrailin hücumlarını dəstəkləməməsi ilə bağlı açıqlamalarının inandırıcı olmadığını qeyd edərək, ABŞ-ı dolayı yolla İsraili dəstəkləməkdə ittiham edib. Arakçi, “ABŞ-ın yaşıl işığı və dəstəyi olmasaydı, İsrail bu hücumları həyata keçirə bilməzdi. Vaşinqtonun “bizim heç bir rolumuz yoxdur” ifadələrinə inanmırıq. Əgər ABŞ yaxşı niyyətlidirsə, İsrailin İranın nüvə obyektlərinə hücumlarını açıq şəkildə pisləməlidir” deyib.
KƏŞFİYAT RƏHBƏRİ VƏFAT ETDİ
Digər tərəfdən, İsrailin İrana hücumları dünən də davam edib. İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının rəhbəri Məhəmməd Kaziminin və iki generalın İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib. İran Xarici İşlər Nazirliyi həmçinin nazirliyin əlavə xidmət binalarından birinin vurulduğunu qeyd edib. İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı 224-ə, yaralıların sayı isə 1277-yə çatıb.
Mənbə: HurriYet