Baş xəbərDünya

İranın xarici işlər naziri Arakçi: ABŞ ilə razılığa gəlmək mümkündür

İranın xarici işlər naziri Abbas Arakçi nüvə danışıqlarında ABŞ-la razılaşmanın mümkün olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Arakçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın paytaxtı Moskvada görüşüb. İki nazir görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib. Nazirlərin gündəliyinə ABŞ və İran arasında sabah İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə müzakirələri də daxil edilib.

Ötən şənbə günü Omanda ABŞ ilə aparılan dolayı danışıqlara toxunan Arakçi, “Danışıqların ilk raundunda qarşı tərəfin ciddiliyini gördük, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür” deyib.

Rusiyanın xarici işlər naziri Lavrov da İranın nüvə tərksilah sazişi çərçivəsində razılığa gəlməyə hazır olduğunu və Rusiyanın bu mövzuda kömək edəcək istənilən rolu öz üzərinə götürə biləcəyini bəyan edib.

Lavrovla görüşündə Arakçi Tehran və Moskvanın qlobal hadisələrə oxşar baxışlara malik olduğunu vurğulayaraq, “Rusiya və Moskvanın yanaşmaları münasibətlərinin tarixi boyu heç vaxt bu qədər yaxın və güclü olmayıb” deyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu