İranın yeni ali liderinin soyadının mərhum dini lider Əli Xamenei ilə eyni olacağı bildirilib.
Bu barədə yeni liderin seçilməsi prosesində iştirak edən Ekspertlər Şurasının üzvlərindən biri məlumat verib. Onun sözlərini Al Hadath telekanalı yayıb.
Şura üzvü qeyd edib ki, yeni ali lider artıq seçilib. “Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq”, – deyə o bildirib.
Son vaxta qədər bu vəzifə üçün əsas namizədin mərhum dini liderin oğlu Müctəba Xamenei olduğu düşünülürdü.
Məlumatlara görə, şənbə günü İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal edilir.
Mənbə: mail.ru
