17 C
Baku
10 İyun 2025, 9:14
Dünya

İranın yük gəmisi Küveytin ərazi sularında batdı

Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batdığı, qayıqda olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığı bildirilib.

İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Limanlar və Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi və Mühafizəsi üzrə baş direktoru Nasir Pesende İranın “Ara Bəhter Yek” adlı yük gəmisinin Küveytin ərazi sularında batdığını açıqlayıb.

Hadisənin sentyabrın 1-də baş verdiyini bildirən Pesende, xəbəri alan kimi Küveyt Dəniz Axtarış və Xilasetmə Əməliyyat Mərkəzi ilə əlaqə saxladıqlarını və axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib.

Pesende qayıqda İran və Hindistan vətəndaşı olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığını, digər 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İran rəsmisi hadisə ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qətliamlarla keçən bir il…

Aynur Camal

Nüvə müharibəsi sivilizasiyanı 2 saata məhv edəcək!

Aynur Camal

Firon Tutanxamonun üz cizgiləri tapıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu