“İranın Ali dini rəhbəri S.Ə.Xamneinin müşaviri Ə. Vilayəti Zəngəzur dəhlizinə qarşı olduqlarını qeyd edib. İran geosiyasi reallıqlara qarşı anti -Azərbaycan siyasətinin davam etdirməkdədir. İranda mühafizəkar dairələr bu xətti yürüdür. İsrailin hücumunda bunkerlərdə gizlənən mühafizəkar dairələr, yenidən üzə çıxaraq İranın miqyasında ola bilməyəcək geosiyasi layihəyə qarşı çıxır”.
Bugun.tv-xəbər verir ki, bu barədə şərhi politoloq, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında verib.
Ekspert vurğulayıb ki, İran bu dəhlizə çıxmaq siyasətini təbii ki, Rusiyanın dəstəyi ilə ortaya qoyub.
Ermənistan Baş naziri qeyd edir ki, ABŞ dəhlizə nəzarətin verilməsini qəbul etməlidir. Təbii ki, seçki öncəsi həm Rusiya ilə, həm də İranla manevr edir. Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var. Ermənistanda seçkilərdə N. Paşinyan qələbə əldə etdikdən sonra, dəhliz açılması gözlənilir. İranın prosesə müdaxiləsi isə, mümkün görünmür.
Göründüyü kimi, İran yenidən ənənəvi siyasətinə qayıdıb. Zəngəzur dəhlizinin açılması Türkiyənin regionda mövqeyini gücləndirəcək. Həmçinin Mərkəzi Asiya siyasətində yeni mərhələyə keçəcək. Bu geopolitik layihənin qarşısını almaq üçün Rusiya və İran birgə çalışması proseslərin axarını dəyişə bilməyəcək.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert