10 C
Baku
16 Fevral 2026, 19:37
Dünya

İranla əlaqəli 7 nəfərə sanksiya tətbiq edildi

Kanada, İran, sanksiya, Kanada Xarici İşlər Nazirliyi, İranla əlaqəli şəxslər, əlavə sanksiyalar, İran rəhbərliyi, sərhəddənkənar fəaliyyət, İranın xaricdə fəaliyyəti, siyasi təzyiq, zorakılıq, beynəlxalq münasibətlər, diplomatiya, Kanada-İran münasibətləri, sanksiya siyahısı, İranın təhdidləri, xarici siyasət, insan hüquqları, beynəlxalq sanksiyalar, Kanada hökuməti

Kanadanın Xarici İşlər Nazirliyi İranla əlaqəli 7 nəfərə qarşı əlavə sanksiya qərarı qəbul edildiyini açıqlayıb.

Nazirliyin rəsmi internet səhifəsində yayımlanan məlumatda bildirilib ki, İranla bağlı xüsusi tənzimləmələr çərçivəsində yeni sanksiyalar qüvvəyə minib.

Açıqlamada qeyd olunub ki, İran rəhbərliyi təkcə ölkə daxilində deyil, xaricdə də təzyiq və zorakılıq üsullarına əl atır və bu cür addımlar qəbuledilməz hesab olunur.

Məlumatda sanksiya siyahısına əlavə edilən 7 nəfərin İranın sərhədlərdən kənarda həyata keçirdiyi fəaliyyətlərlə əlaqəli olduğu vurğulanıb.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Yatmazdan əvvəl son 3 saat yemək yeməmək ürək sağlamlığını yaxşılaşdıra bilər

Aynur Camal

Braziliyada Rio Karnavalı samba yürüşləri ilə başladı

Aynur Camal

Peskov: Cenevrə danışıqlarında ərazi məsələsi müzakirə olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu