Kanadanın Xarici İşlər Nazirliyi İranla əlaqəli 7 nəfərə qarşı əlavə sanksiya qərarı qəbul edildiyini açıqlayıb.
Nazirliyin rəsmi internet səhifəsində yayımlanan məlumatda bildirilib ki, İranla bağlı xüsusi tənzimləmələr çərçivəsində yeni sanksiyalar qüvvəyə minib.
Açıqlamada qeyd olunub ki, İran rəhbərliyi təkcə ölkə daxilində deyil, xaricdə də təzyiq və zorakılıq üsullarına əl atır və bu cür addımlar qəbuledilməz hesab olunur.
Məlumatda sanksiya siyahısına əlavə edilən 7 nəfərin İranın sərhədlərdən kənarda həyata keçirdiyi fəaliyyətlərlə əlaqəli olduğu vurğulanıb.
Mənbə: Trt.haber
