İraq Hürmüz boğazındakı böhran səbəbindən ölkənin ən iri neft yataqlarından birində hasilatı dayandırıb.
İraq Neft Nazirliyi tərəfindən verilən açıqlamaya əsasən, Hürmüz boğazı ətrafında yaranmış vəziyyətlə əlaqədar olaraq Rumaila neft yatağında istehsal və nasoslama prosesi müvəqqəti olaraq dayandırılıb.
Nazirliyə bağlı olan Basra Neft Şirkəti qərarın beynəlxalq siyasi hadisələr və Hürmüz boğazının bağlanması nəticəsində dəniz daşımalarının pozulması ilə əlaqədar qəbul edildiyini bildirib.
Qeyd edək ki, Rumaila yatağı dünyanın ikinci ən böyük neft sahələrindən biri hesab olunur və qlobal enerji bazarında mühüm paya malikdir.
Mənbə: İlkha
