İraq Xarici İşlər Nazirliyi bəyanat yayaraq, cümə günü Kopenhagendəki İraq səfirliyi yaxınlığında Quranın və İraqın dövlət bayrağının yandırılmasını pisləyib.
Bugun.tv xəbər verir ki, bu barədə Ritzau xəbər agentliyi məlumat yayıb.
Lakin Kopenhagen polisi yandırılan kitabın Quran olduğunu təsdiqləməyib.
Bildirilib ki, guya “Danimarka vətənpərvərləri” qruplaşmasından iki nəfər İraq səfirliyi yaxınlığında bir neçə kitab yandırıb.
Növbətçi polis Henrik Sveistrupun sözlərinə görə, İraq bayrağının zədələnməsi barədə onlara xəbər verilməyib.
Polisin bu barədə heç bir araşdırma başlatmadığı bildirilir.
