22 C
Baku
26 İyun 2025, 23:53
Baş xəbər

İraqda ABŞ hərbçilərinin avtomobil karvanı partladıldı

ABŞ-nin İraqda yerləşən hərbi bazasına silah-sursat, ərzaq və tibbi ləvazimat daşıyan hərbi avtomobil karvanı partladılıb. Hadisə nəticəsində canlı qüvvə itkisi barədə məlumat yoxdur. Lakin avtomobil karvanındakı 5 hərbi avtomobil məhv edilib.

Bugun.tv  bildirir ki, bu barədə İraq mediası məlumat yayıb.

Qeyd edək ki, İraq hökuməti ABŞ hərbi bazalarının çıxarılması haqqında Ağ ev qarşısında dəfələrlə məsələ qaldırsa da, rəsmi Vaşinqton hərbi bazasını ölkə ərazisindən çıxarmağa tələsmir.

İraq parlamenti 2021-ci ildə geniş müzakirələr keçirib və nəticədə ölkə ərazisində kənar dövlətlərin hərbi baza saxlamasını qadağan edən qanun qəbul edib. Buna baxmayaraq, İraq ərazisində hələ də ABŞ-nin hərbi bazaları mövcuddur.

Nigar Məmmədova

Oxşar xəbərlər

İstehlak üçün qoz-fındıqları necə düzgün hazırlamaq olar. Onları sadəcə yumaq lazım deyil

Aynur Camal

Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər

Aynur Camal

ABŞ-da dəhşətli qəza! Təyyarə evin üzərinə düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu