İraqın şimalında Kürdüstan Fəhlə Partiyası (PKK) terrorçularının hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 6-ya çatıb.
Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum cümə günü axşam saatlarında baş verib. Əvvəlcə 3 əsgərin həlak olduğu və 4-nün yaralandığı bildirilirdi. Son məlumata görə, terrorçularla döyüş zamanı yaralanan 4 hərbçidən üçünün həyatını xilas etmək mümkün olmayıb. İndiyədək bölgədə 7 terrorçu öldürülüb və onların təqibi üzrə əməliyyatlar davam edir.
Türkiyə Müdafiə Nazirliyi dekabrın 21-də bildirmişdi ki, ilin əvvəlindən bəri əsasən İraqın və Suriyanın şimalında 2120 PKK silahlısı zərərsizləşdirilib.