25 C
Baku
27 İyul 2025, 2:16
Baş xəbərHadisə

İraqın şimalında üç Türk əsgəri şəhid oldu

İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç əsgəri şəhid olub, dörd əsgər isə yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə terrorçuların sığındığı müəyyən edilən hədəflərə və qaçış istiqamətlərinə qarşı hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, dörd terrorçu zərərsizləşdirilib.

Nazirlik açıqlamasında şəhidlərə rəhmət, ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı, yaralılara isə şəfa diləyib.

İntizar Əmirova

Oxşar xəbərlər

Ronaldu əfsanə futbolçu Pele ilə bağlı paylaşım edib-FOTO

Nigar Məmmədova

Üsamə Bin Ladenin oğlunun Fransaya girişi qadağan edildi

Aynur Camal

Son xəbərlər… Avropa tarixi dönüş nöqtəsindədir! ABŞ-dan Rusiyanın mübahisəli qərarı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu