19 C
Baku
22 Noyabr 2024, 16:16
Dünya

İrqçi hücum: Məscidi yandırmağa cəhd etdilər

Amiens şəhərindəki Assounna məscidinin darvazasını səhər namazı qılınarkən naməlum şəxslər tərəfindən yandırılmağa cəhd edilib. Fransada dəhşətli hadisə baş verib.

İslamofobiyanın kifayət qədər yayıldığı bir Avropa ölkəsində müsəlmanlara qarşı irqçi hücum həyata keçirilib.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalındakı Amiens şəhərində Viktorina Otier küçəsində yerləşən Assounna məscidinin qapısı naməlum şəxslər tərəfindən yandırılıb.

Səhər namazını qılarkən hücumu görən müsəlmanlar təşviş içində çölə qaçıblar.

Məscidin rəhbərliyinə məsul olan dərnək irqçi hücumla bağlı şikayət edib.

Dərnəyin vitse-prezidenti Bilel Furtado səhər namazı üçün məscidə gələnlərin tüstü iyi gələndə yanğını fərq etdiklərini və orada alışan və yanan alətlərin olduğunu bildirərək, bunun qəsdən törədilmiş hücum olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hizbullah İsrailə raket zərbəsi endirdi

Bugün TV

Nəhəng qara dəlik aşkar edilib

Aynur Camal

İsrail ordusu İordan çayının qərb sahilində yüzlərlə əsrlik zeytun ağaclarını kəsib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu