19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərKriminal

İş adamından hədə-qorxu ilə 100 min manat tələb edən, avtomobilini yandıran şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən və onun avtomobilini qəsdən yandıran şəxslər saxlanılıblar.

Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri yaxalanıblar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.


Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib. Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.
Saxlanılan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Teymur Əziz

Oxşar xəbərlər

Ukrayna hərbi əməliyyatının son vəziyyəti — 348-ci gün

Aynur Camal

İnternat məktəbinin müəllimi Qərbi Azərbaycanlıları təhqir edib – ” Sən ermənisən”

Elnarə Dərziyeva

Avropada orta və kəskin temperatur xəbərdarlığı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu