23 C
Baku
9 İyun 2025, 22:09
Dünya

İş elanlarına diqqət yetirin! Özünüzü müharibədə tapa bilərsiniz

Ukraynada iki ildən artıqdır davam edən müharibədə Rusiya vətəndaşlığı vədi ilə aldadılan iki Hindistan vətəndaşı həyatını itirib. Rusiya vətəndaşlığı və pul vədi ilə aldadaraq Ukraynaya göndərilən iki nəfər müharibədə həyatını itirib. Hindistan Xarici İşlər Nazirliyi iki nəfərin cəsədlərinin ölkələrinə göndərilməsini istəyib. Nazirlik həmçinin Moskvanı Rusiya ordusunda olan bütün vətəndaşlarını dərhal azad edib vətənə qaytarmağa çağırıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada ölənlərin adları açıqlanmadan, “Təəssüflə bildiririk ki, Rusiya ilə Ukrayna arasında davam edən qarşıdurmada bu yaxınlarda Rusiya Ordusu tərəfindən xidmətə alınan iki Hindistan vətəndaşı həlak olub”.

Nazirlik həmçinin Hindistan vətəndaşlarını “Rusiyada iş imkanları axtararkən diqqətli olmağa” çağırıb.

 Məlumata görə, onlarla hindistanlı pul və Rusiya pasportu ilə Rusiya qüvvələri adından döyüşə cəlb edilib.

May ayında Hindistan polisi gənc kişiləri iş və ya təhsil vədi ilə Rusiyaya cəlb etmək və onları Ukraynada döyüşməyə məcbur etməkdə şübhəli bilinərək insan alverçiləri şəbəkəsi ilə əlaqəsi olduğu iddia edilən dörd nəfəri həbs edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Silahlı insidentdə bir neçə nəfər yaralandı

Kəmalə Sultan

İsraildən yeni təhlükəsizlik təlimatı

Aynur Camal

Rusiya: Donetskdəki Tarasovka qəsəbəsi bizim nəzarətimizə keçib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu