8 C
Baku
12 Dekabr 2024, 8:59
Sosial

İş xanımı və ya liderliyi bacaran qadın necə davranmalıdır? – EKSPERT RƏYİ

Bu həyatda hər kəs sevib-sevilmək, ətrafındakılar tərəfindən qəbul olunmaq, yaddaşlarda hər zaman yaxşı insan kimi qalmaq arzusundadır. Əsas da qadınlar… Ancaq bu həmişə mümkündürmü? Təəssüf ki, yox.. Bunun üçün nə etmək lazımdır?

Bugun.tv xəbər verir ki, Yaddaş Fərdi İnkişaf Mərkəzinin rəhbəri Aytəkin Aslan öz sosial şəbəkə paylaşımlarında bunu ətraflı izah edib. Mütəxəssisin sözlərinə görə, 3 özəlliyi özündə daşıyan insanlar həyatda hər zaman sevilənlər sırasındadır. “Bunlar bildiyini paylaşanlar, qapısı açıq olanlar, eqosu kiçik insanlardır”.

Bəs, bir iş xanımı və ya liderlik bacarığı olan qadın necə olmalıdır?

Aytəkin Aslan deyir ki, bunun üçün qdın güclü olmalıdır-amma kobud deyil. “Mehriban olmalıdır – amma zəif deyil. Cəsarətli olmalıdır – amma həddini bilməyən deyil. Sərbəst düşüncə sahibi olmalıdır – amma “özünəinamsız” deyil. Təvazökar olmalıdır-amma utancaq deyil. Qürurlu olmalıdır-amma təkəbbürlü deyil. Müvəffəqiyyət qazanan  qadınların güclü tərəflərindən biri də gözlənilməz situasiyalarda təbəssümünün arxasında emosiyalarını gizlətməyi  və  idarə etməyi bacarmasıdır”.

Ekspertin sözlərinə görə, gözlənilməz hadisələr, uğursuzluqlar liderlik xüsusiyyəti olan qadının enerjisini azaltmır, əksinə, o yaşananlardan ibrət götürür və müsbət düşüncə, doğru zamanda alınan qərarlarla inkişaf edir.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Qadınlara qarşı zorakılığa son qoyulmalıdır”

Kəmalə Sultan

DTX-dən Beyləqanda əməliyyat: Vəzifəli şəxs saxlanıldı

Nigar Məmmədova

Yasamal rayon sakinlərinin şikayətinə niyə baxılmır?-VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu