31 C
Baku
21 İyul 2025, 12:40
Sosial

İşçi fəaliyyətini dayandıran müəssisədən əmək haqqını necə almalıdır?   

Çox zaman vətəndaşları bu sual maraqlandırır. Əməkhaqqı ödənişi gecikdirlirsə və ödəniş olunmadan müəssisə fəaliyyətini dayandırarsa, bu zaman işçi nə etməlidir?

Bugun.tv xəbər verir ki, son zamanlar işçi ilə işəgötürən arasında sıx yaşanan problemlərdən biri də elə əməkhaqqının gec ödənilməsidir. Qanuna əsasən, işçi işdən çıxarkən almalı olduğu ödənişlər ona tam şəkildə elə həmin gün verilməlidir. Lakin əmək haqqı ödənilmədən müəssisə fəaliyyətini dayandırarsa, bu zaman işçinin bilməli olduğu vacib məqamlar var.

Baş əmək müfəttişi Mehman Abdullayevin sözlərinə görə, işəgötürən əmək müqaviləsində müəyyən olunmuş müddətdə işçilərin əmək haqqını verməyə borcludur. Əgər işəgötürən tərəfindən əmək müqaviləsiylə müəyyən olunmuş müddətdə maaşın ödənilməsi gecikdirilərsə və bu fərdi əmək mübahisəsi predmeti deyilsə, hər gecikdirilən günə görə əməkhaqqı 1 faiz əlavə ödənilir. “İşəgötürən tərəfindən işçilərin əməkhaqları ödənilmirsə bu halda dövlət əmək müfəttişliyinə müraciət edə bilər. Həmin işçinin pulu

ödənilməsə və artıq müəssisə ləğv olunarsa, bu halda o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət edə bilər”.

Qanunvericiliyə görə müəssisə ləğv olunarsa, bu zaman əmək müqaviləsinə xitam verilən işçilərə və işsiz kimi qeydiyyata alınan şəxslərə sığorta ödənişi olunur.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Eldar Əliyevin sözlərinə görə, bu hüquqa malik olan şəxsləri 3 kateqoriyaya bölmək mümkündür. “İlk növbədə hüquqi şəxslər və ya dövlət orqanının ləğvi ilə əlaqədar əmək münasibətlərinə xitam verilənlər, ikinci növbədə ştatların ixtisarı ilə bağlı əmək münasibətləri sonlandırılan şəxslər, üçüncü isə müddətli əmək müqaviləsi bitməsi əsası il əmək münaisbətlərinə xitam verilənlər bu hüquqa malikdirlər. Tək şəxsiyyət vəsiqəsi ilə DOST mərkəzləri və Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq filiallarına müraciət edə bilərlər. 10 gün ərzində onlara ya sığorta ödənişinin təyin olunması, ya da təyin olunmasından imtina barədə rəsmi məktub ünvanlanır”,- E.Əliyev bildirib.

Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır, yaxud minimum sığorta ödənişi təyin edilir.

Mənbə: ATV

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan və İsrail səhiyyə nazirlərinin görüşü keçirilib

Aynur Camal

Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb

Aynur Camal

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu