19 C
Baku
28 Oktyabr 2025, 6:06
Dünya

İşğal rejimi Rəfəhdə çadırları bombalayıb: 11 şəhid

Sionist işğalçı rejim Qəzza zolağının cənubundakı Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb.

İşğal rejimi Rəfahın qərbində Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını vurub. Hücumda 11 fələstinli şəhid olduğu halda, 40-dan çox fələstinli yaralanıb.

Xan Yunus və Rəfah şəhərlərinə qədər uzanan Əl-Məvasi bölgəsi işğal rejiminin daha əvvəl köç etməyə məcbur etdiyi fələstinliləri tərk etməsini istədiyi “təhlükəsiz zonalar” arasında idi.

Rəfahın qərbində yerləşən və yaşayış məntəqəsi olmayan Əl-Məvasi əsasən açıq torpaqlara malikdir.

İnfrastruktur, kanalizasiya şəbəkələri, elektrik xətləri, rabitə şəbəkələri və interneti olmayan bölgədə köçkün fələstinlilər çox çətin şəraitdə yaşamağa çalışırlar.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Daşqınlar və torpaq sürüşmələri davam edir

İntizar Əmirova

Braziliyada matəm elan olundu – FOTO

Nigar Məmmədova

Bənd partladı: Yüzlərlə ev su altında qaldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu