31 C
Baku
19 İyul 2025, 19:06
Baş xəbərDünya

İşğalçı ABŞ dövlət katibi Blinkendən “İsrailin yanındayıq” mesajı

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada 7 oktyabr 2023-cü ildə başlayan Əqsa tufanı əməliyyatının ildönümündə işğalçı qatillərin yanında olduqlarını bildirib.

Blinken oktyabrın 7-nin birinci ildönümü ilə bağlı mətbuata açıqlamasında “HƏMAS-ın 7 oktyabr hücumları Fələstin xalqı üçün faciəvi nəticələrlə bir il davam edən münaqişəni alovlandırdı” deyib.

Hər dəfə Yaxın Şərqdə qastrol səfərlərinə çıxan və saxta sülh təbəssümləri ilə gülümsəyən Blinken işğalçı qatillərə hər cür silah və maddi yardım edir.

Qəzzanı uşaq məzarına çevirən bombaları işğalçı dəstəyə verən ABŞ, işğalçı dəstəyə vaxt qazanmaq üçün davamlı olaraq Yaxın Şərqi gəzir.

Blinken, “ABŞ terrora qarşı özünü müdafiə edən İsrailin yanındadır” deyib.

HƏMAS-ın hələ də saxladığı məhbuslar arasında bəzi ABŞ vətəndaşlarının olduğunu bildirən Blinken onların dərhal azad edilməsini istəyib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

“Şimal axını”nın partladılmasında Polşanın izi tapıldı

Aynur Camal

Daşkənddə Gənclər Forumu keçirilib

Aynur Camal

“Hədis” animasiya filminin premyerası oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu