25 C
Baku
10 Sentyabr 2025, 21:48
Baş xəbərDünya

İşğalçılar Livanın cənubuna hava hücumu təşkil edib

İşğal rejimi Livanın cənubunda kənd və qəsəbələrə hücumlarını gücləndirərkən, Hizbullah da işğalçılara məxsus bəzi nöqtələrə zərbələr endirib.

İşğal rejimi gecə saatlarında ölkənin cənubunda, xüsusilə də Marcayun bölgəsində hava zərbələri endirib. Döyüş təyyarələri gecə yarısından sonra Nakura və Ayta əş-Şaab şəhərlərini vurub.

Qərb hissəsində Ramiyə, Nakura, El-Labune və Əl-Allam dağları şəhərlərinə artilleriya hücumları həyata keçirilib, “Mavi xətt”lə həmsərhəd kəndlərə atəş açılıb. İşğalçı kəşfiyyat təyyarələri də gecə boyu qərb və mərkəzi rayonlardakı kəndlər üzərində uçuşlar həyata keçirib.

Döyüş təyyarələri həmçinin Tuffahta şəhərinin Kuseriya əs-Siyad bölgəsində və Bint Jubeil bölgəsindəki Ayta əş-Şaab qəsəbəsində də hücumlar həyata keçirib.

Hizbullah verdiyi açıqlamada işğal rejiminin Baranit kazarmalarını ağır artilleriya mərmiləri ilə hədəfə aldığını və birbaşa vurduğunu açıqlayıb.

İşğal mətbuatında yer alan xəbərlərə görə, Livandan atılan raket işğalın şimalındakı Kiryat Şimona qəsəbəsində açıq əraziyə düşüb.

Hizbullahın verdiyi açıqlamada Kiryat Şimonadakı işğalçı əsgərlərin mövqelərinə hava hücumu təşkil edildiyi və hədəflərin dəqiq vurulduğu qeyd edilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Elşən Gəncəvinin namizədliyinə növbəti dəstək – MÜSAHİBƏLƏR (FOTOLAR)

Aynur Camal

7 min əhalisi olan kənd yandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu