3 C
Baku
14 Dekabr 2025, 9:11
Baş xəbərDünya

İŞİD silahlıları Malidə 30 dinc sakini qətlə yetiriblər

İŞİD yaraqlıları Malinin Burkina-Faso və Nigerlə həmsərhəd olan şəhərinə hücum edərək, 30-a yaxın dinc sakini öldürüblər.

Bu barədə Bugün.tv “Report”-a istinadən xəbər verir.

Qeyd edilir ki, Talatae şəhəri yaxınlığındakı Qao rayonunda bir neçə yüz yaraqlı əsgərlərə hücum edib və onları geri çəkilməyə məcbur edib.

Yaraqlılar yerli sakinlərə hücum etməklə yanaşı, dükanları qarət edib və ərzaq ləvazimatlarını yandırıblar. Məlumara görə, atışma zamanı terrorçulardan 3-ü məhv eüdilib.

Əraziyə xüsusi hərbi qüvvələr cəlb edilib. Onlar şəhərdə həyata keçirilmiş qətliamı, eləcə də iki gün yeməksiz dolaşan yüzlərlə qadın və uşağı aşkarlayıblar.

Aynur Camal

Oxşar xəbərlər

Moskvaya uçan təyyarədə eniş zamanı mühərrik nasazlığı yarandı

Bugün TV

Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

Google-a verilən cəza ilə bağlı Kremldən açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu