Dövlət Sərhəd Xidmətindən Bugun.tv-yə verilən məlumata əsasən, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
DSX- nin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edib və önünə gül dəstələri düzüblər.
Dövlət Sərhəd Xidmətində keçirilən tədbirdə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilib.
Tədbirdə Milli Məclisin deputatları Ülviyyə xanım Ağayeva və Sevil xanım Mikayılova iştirak ediblər.
Keçirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn olması qeyd edilib.
Onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə olması vurğulanıb.
Oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etməsi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işlərinin dünyа oftаlmologiyа məkаnındа akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirdiyi barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarına “İşığa aşiq ömür” sənədli filmi nümayiş etdirilmişdir.