Baş xəbərSosial

İşləməyən sensorlu işıqforlar təhlükəyə səbəb olur – EKSPERT RƏYİ

Hər gün ən azı iki-üç dəfə piyada keçidindən istifadə edirik. Elə küçələr var ki, orada biz işıqforun, nizamlanmayan piyada keçidlərinin tələbinə, bəzi yollarda isə sensorlu işıqforların iş prinsipinə uyğun olaraq hərəkət edirik. Lakin bəzi sensorlu işıqforlar var ki, işləmirlər. Bu isə piyadalara çətinlik yaradır.

Bugun.tv xəbər verir ki, vəziyyətdən vətındaşlar narazıdır. “Nə o yana keçmək olur, nə bu yana. Qırmızı işığı basırıq, sürücülər baxmır. Yol vermirlər. “Bu əlnən idarə olunan işıqforları niyə düzəldiblər, bilmirəm. Onsuz da işləmirlər. İşləyənlərə isə sürücülərə məhəl qoymurlar. Maşını saxlamırlar ki, biz də keçək”.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, nizamlanmayan piyada keçidləri işləməyən sensorlu işıqforlardan daha təhlükəsizdir.

“Nizamlanmayan piyada keçidində vətəndaş ayağını keçidə qoyduğu andan sürücülər yol verməlidirlər. Ancaq svetaforun sensoru işləmədiyi an biz nəylə rastlaşırıq. Piyada sensora toxunur gözləyir. Siqnal isə dəyişilmir. Daimi olaraq avtomobilə yaşıl işıq yanır. Və piyada məcbur olur ki, yaşıl işıqda yolu bir tərəfdən digər tərəfə keçsin. Bu isə öz nöcbəsində sürüc və piyadanın həyatını yüksək risk altına atır. Həm də cəmiyyətimizdə onsuz da qaydasında olmayan piyada-sürücü münasibətlərinin formalaşmasına neqativ təsir göstərir”.

Ekspert E.Muradlı tezliklə bu məsələlərin tənzimlənməsinin vacibliyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Kosmosa turist səfəri ayın sonunda, bu qiymətə olacaq – AÇIQLAMA

Nigar Məmmədova

Son dəqiqə: Nyu Yorkda Türkevinə hücum

Aynur Camal

Paytaxtda quldurluq edən şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu