17 C
Baku
10 İyun 2025, 5:03
Dünya

İslam dünyasında Qurban bayramı qeyd olunur

Qurban bayramı 6 iyun 2025-ci il cümə günü (bu gün) başlayıb və 9 iyun 2025-ci il bazar ertəsi gününə qədər davam edəcək. Bayram bütün İslam aləmində coşqu ilə qeyd olunur. Bu gün başlayan və dörd gün davam edəcək Qurban bayramı hər il olduğu kimi İslam dünyasında da dərin mənəvi atmosferdə qeyd olunur.

Qurban bayramının başlaması ilə dünyanın müxtəlif coğrafiyalarında yaşayan müsəlmanlar bayram namazı üçün məscidləri doldurublar.

AZƏRBAYCAN

Xüsusilə paytaxt Bakı, Gəncə, Şəki və digər şəhərlərdə səhər tezdən məscidlərə gələn vətəndaşlar bayram namazını qılıblar.

Bakıdakı Şəhidlər məscidində qılınan bayram namazı böyük iştirakla qarşılanıb.

Namazdan sonra verilən xütbədə İslam dünyasına sülh, qardaşlıq və əməkdaşlıq mesajları verilib.

Daha sonra vətəndaşlar bir-birləri ilə bayram təbriklərini çatdırıblar. Səhər namazından sonra ölkədə vətəndaşlar qurbanlıq mərasimini icra etməyə başlayıblar.

SURİYA

Suriyada Baas rejiminin süqutundan sonra ilk Qurban bayramı namazı qılınıb.

Minlərlə insan bayram namazı üçün paytaxt Dəməşqin tarixi əhəmiyyətli Əməvi məscidinə axın edib.

REJİMİN SÜQUTUNDAN SONRA İLK QURBAN BAYRAMI

Bəşər Əsəd rejiminin süqutundan sonra ilk Qurban bayramı namazını qılan camaat təkbirlərin müşayəti ilə cərgəyə düzülüb.

UMEYVİ MƏSCİDİ

Müxtəlif vilayətlərdən Əməvi məscidində qılınan bayram namazına gələnlər ölkənin təhlükəsizliyi və əmin-amanlığı üçün dua ediblər.

Digər əyalətlərdə minlərlə insan bayram namazından sonra itkin düşmüş yaxınlarının məzarını ziyarət edib, qurban kəsim məntəqələrinə gedib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Çin 9 ölkəyə vizadan azad etmək qərarına gəlib

Aynur Camal

Binyamin Netanyahuya qaldığı oteldə lazer etirazı

Kəmalə Sultan

Kirbi nüvə şantajı haqqında: Rusiya sadəcə qoşunlarını geri çəkməlidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu