15 C
Baku
24 Noyabr 2024, 6:08
Baş xəbərDünya

İslam Əməkdaşlıq Təşkilatı İsrailin qanun pozuntularını müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərşənbə günü, avqustun 7-də İsrailin Fələstin xalqına qarşı hücumları və qanun pozuntularını müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək.

İƏT-dən verilən yazılı açıqlamada, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi və İranın suverenliyinin pozulması, İsrailin Fələstin xalqına qarşı davam edən pozuntuları kimi məsələlərin müzakirəsi üçün növbədənkənar iclas keçiriləcəyi bildirilib- xüsusilə Qəzza zolağında.

Bəyanatda qeyd olunub ki, İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qərargahında keçiriləcək “İƏT Açıq İştirakçılığa dair İcraiyyə Komitəsinin fövqəladə iclası” xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

 39 min 583 fələstinli həyatını itirdi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbiylə İsrailə hərtərəfli hücuma keçdi”.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 583 fələstinli həyatını itirib, 91 min 398 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 331-i quru işğalı prosesində olan 684 əsgərinin öldüyünü açıqlayıb.

24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan qarşıdurmada “humanitar pauza” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və İsraillilərin hücumları nəticəsində 604 fələstinli həyatını itirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sabah Ramazan ayının 29-cu günüdür

Elnarə Dərziyeva

ABŞ-da 911 qalmaqalı! Sistem çökdü, milyonlarla insan təsirləndi

İntizar Əmirova

Monotremlər dəstəsinə aid yeni növlər aşkar edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu