35 C
Baku
20 İyul 2025, 11:35
Baş xəbərDünya

İslamı qəbul edənlərin sayı artır

Bugun.tv xəbər verir ki, İspaniyada İslama üstünlük verənlərin sayı günü-gündən artır.

Daha bir ispaniyalı (Xose Migel) Qranada şəhərindəki Böyük Məsciddə “Kəlimət-i şəhadə” oxuyaraq İslamı qəbul edib.

İspan İslam Cəmiyyəti Dərnəyi və Qranada Böyük Məscidi Fondunun prezidenti Umar del Pozo, “Məscidimizdə demək olar ki, hər cümə günü bir ispan müsəlman olur. Xüsusilə İslamı qəbul edən ispanların sayında ciddi artım müşahidə olunur. Bu bizi sevindirən və qürurlandıran bir vəziyyətdir” deyib.

“Qranadanın şəhər və rayonlarında 36 minə yaxın müsəlman yaşayır. Onların 3700-ə yaxını İslamı qəbul etmiş ispanlar və üçüncü nəsil övladlarıdır”, – Del Pozo deyib.

İspaniya İslam Komissiyasının katibi Mohamed Ajana İspaniyada yaşayan müsəlman əhalinin son 30 ildə 10 dəfə artaraq 2,5 milyonu keçdiyini, qeyri-rəsmi rəqəmlərə görə isə bu rəqəmin 3 milyona çatdığını bildirib.

Mərakeş, Pakistan, Banqladeş, Seneqal və Əlcəzair müsəlmanlarının çoxluq təşkil etdiyi İspaniyada müsəlman əhali daha çox Kataloniya, Valensiya, Əndəlüs və Madrid kimi sənayeləşmiş bölgələrdə yaşayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

PlayStation 5 Pro-nun buraxılış tarixi yaxınlaşır: Onun dizaynı sızdırılıb

Aynur Camal

Google Chrome brauzerini istifadə edir: ABŞ-ın qanuni yenilikləri

Aynur Camal

Amerikalılar arasında İsrailə dəstək azalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu