10 C
Baku
12 Dekabr 2024, 16:39
Dünya

İslamofobiya ilə mübarizə üçün xüsusi nümayəndə təyin edildi

Avstraliyada hökumət Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının müsəlman məsələləri üzrə “qlobal eksperti” Aftab Maliki İslamofobiya üzrə xüsusi nümayəndə təyin edib. ABC News xəbər verir ki, Baş nazir Entoni Albanese hökuməti Jillian Seqalın antisemitizm üzrə xüsusi elçisi təyin edildikdən bir neçə ay sonra Malik təyin edib.

Hökumətin İslam düşmənçiliyi ilə mübarizə üçün təyin etdiyi xüsusi nümayəndə Malikin üç illik səlahiyyət müddəti oktyabrın 14-də başlayacaq.

Hökumət bildirib ki, xüsusi elçi kimi Malik müsəlman icmasının üzvlərini, dini ayrı-seçkilik üzrə ekspertləri və hökumətin “bütün səviyyələrini” bilavasitə islamofobiya ilə mübarizə mövzusunda dinləyib onlarla əlaqə saxlayacaq.

İngiltərədə pakistanlı ailədə anadan olan Malik 2012-ci ildə Avstraliyada məskunlaşıb.

Malik əvvəllər Yeni Cənubi Uelsin baş nazirinin ofisində icma ilə əlaqə və zorakı ekstremizmə qarşı mübarizə üzrə işləyib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailin Qəzzaya hücumları və sonrakı sosial parçalanmadan sonra hökumət antisemitizm və islamofobiya nümayəndələrini təyin edəcəyinə söz vermişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kızılay başçısından çadır satışı açıqlaması

Nigar Məmmədova

Almaniyada leysan yağışlar və daşqınlar səbəbindən vətəndaşlar evlərindən təxliyə edildi

İntizar Əmirova

Aİ tərəfdarı Maia Sandu Moldovada qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu