İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.
Dünən axşam saatlarında Tehrandan Qətərə gətirilən Haniyənin cənazəsi xəstəxana meyitxanasından çıxarılaraq İmam Məhəmməd bin Əbdülvəhhab məscidinə gətirilib. Cümə namazından sonra Haniyə üçün dəfn mərasimi keçirilib.
Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradağinin qıldığı cənazə namazında Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz da iştirak edib.
Xarici İşlər Naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, siyasi partiyaların nümayəndələri və millət vəkilləri də iştirak edib.
Çoxlu rəsmilərin qatıldığı dəfn mərasimində HƏMAS Siyasi Bürosunun sədr müavini Xalid Məşəl və Dünya Müsəlman Alimlər Birliyinin sədri Əli Muhyiddin əl-Qaradağı çıxış ediblər.
Mərasimdən sonra İsrail əleyhinə şüarlar, dualar və təkbirlərlə yola salınan Haniyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
Dəfn edildikdən sonra Kurtulmuş və Yılmaz İsmayıl Haniyənin oğlu Əbdüsselam Haniyə və nəvələrinə başsağlığı verib.
Kurtulmuş HƏMAS Siyasi Bürosunun sədr müavini Meşal ilə görüşərək başsağlığı verib.
Mənbə: Haber Global