İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən, Qarayeva Şəhla Urfan qızı RİH başçısının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qarayeva Şəhla Urfan qızı 14 yanvar 1990-cı ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Şəhla Qarayeva 01.10.2012-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentində ictimai əsaslarla əmək fəaliyyəti ilə məşğul olub, 01.08.2013-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondu “İcma Mina Aksiyası” Komandasında kargüzar, 01.06.2015-cı ildən həmin yerdə informasiya menecrinin köməkçisi, 10.11.2017-ci ildən 21.01.2021-ci ilə qədər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Azərbaycan Veteranı” qəzetinin məsul katibi, 03.06.2021-ci ildən “Xəzər Gənclər Evi” Sosial Xidmət müəssisəsində baş mühasib vəzifələrində işləyib. Eyni zamanda bir sıra Qeyri-Hökümət Təşkilatları ilə (“İmza” Sosial İnkişafa Dəstək İB, “Azərbaycan Qadınları Respublika cəmiyyəti” İB, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB, “Səssiz Dünya” İşarət dilində danışan əlillərə və idmançılara dəstək İB, “Sosial-Mədəni İnkişafın Təbliği” İB, “Qan Donorları Assosiasiyası” İB, “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB, “Vətən Müharibəsi Əlillərinə Kömək” İB, “Aktor” İctimai və Sosial Tədqiqatlar İB, “Soyqırım həqiqətlərinin tanıdılması” İB, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” İB, “Gənclər Mərkəzi” İB, Narkotizmlə mübarizə” İB) işləyib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təssi olunan “1941-1945-ci illər Böyük Qələbənin 75 illiyi” yubiley medalı, Veteran hərəkatında fəal iştirakına görə “30 il” yubiley medalı ilə, Göyçay rayon İH-nin “Xatirə Döş” nişanı ilə təltif olunub.
Bu gün Şəhla Qarayeva İsmayıllı RİH kollektivinə təqdim olunub.