34 C
Baku
27 İyul 2025, 16:58
Mədəniyyət

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliyi keçirilib-FOTOLAR

İsmayıllı rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı bayram şənliyi təşkil olunub.
Bugun.tv xəbər verir ki, şəhid ailələrinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin, rayon ağsaqqallarının və gənclərin qatıldığı mərasimdə icra başçısı Nahid Bağırov da iştirak edib. O, tədbirə qatılanları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Qəhrəman vətən şəhidlərinin ailələri və qazilərlə görüşən N.Bağırov onlara dövlətin diqqəti, qayğısı ilə əhatələndiyini diqqətə çatdırıb.
İdarə, təşkilat rəhbələrinin, hüquq-mühafizə orqanı əməkdaşlarının da dəvət olunduğu tədbir daha sonra konsert proqramı ilə davam etdirilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Böyük bəstəkar Qara Qarayevin anadan olmasının 105-ci ildönümü tamam oldu

Aynur Camal

CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

Şükufə Ramizqızı

Müəllif qonorarlarının və haqlarının qaydalarında dəyişiklik edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu