13 C
Baku
16 Mart 2026, 16:51
Baş xəbərHadisə

İsmayıllıda həmkəndlilərinin evindən silsilə oğurluqlar edən şəxs tutulub

Bugun.tv xəbər verir ki, İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən evlərdən silsilə oğurluqlar edilib.

Ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayan naməlum şəxs zərərçəkənlərə 2300 manat maddi ziyan vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş oğurluqlarla bağlı rayon polis şöbəsinə məlumat daxil olan kimi hadisə yerlərinə baxış keçirilib və cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin elə həmin kənd sakini Raqub Hacılı olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin əşyaların da əksəriyyəti satdığı şəxslərdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hacılının digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qazaxıstanın yeni konstitusiyası referendumunu təbrik etdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ramazan ayı insanı daha məhsuldar edir

Aynur Camal

“Kimin orucunun qəbul olunub-olunmamasını yalnız Allah bilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu