21 C
Baku
11 İyun 2025, 2:44
Baş xəbərKriminal

İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanıldı 

 

İsmayıllı rayonunun Hacıhətəmli kəndində fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun fermada çoban işləyən Asif Abdullayev olduğu müəyyən edilib. O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

14 maşını əzən yük maşını sürücüsü tutuldu

Bugün TV

Tezliklə BTV kanalı yayıma başlayacaq

Aynur Camal

Bu ölkədə sosial media qadağası tətbiq edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu