33 C
Baku
26 İyul 2025, 17:12
Baş xəbərKriminal

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə bildirilir ki, əməliyyat zamanı N.Yusifova və Tərlan Pirverdyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb. O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.
Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Çindən iPhone 16-ya güclü rəqib! Xiaomi 15 və 15 Pro rəsmi olaraq elan edildi

Aynur Camal

Apple-dan şok qərar: Artırılmış reallıq eynəkləri xəyalı bitdi!

Aynur Camal

Yuxusuzluq ifliclə nəticələnir! Alimlər çağırış etdi!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu