İspaniya Baş nazirinin müavini Yolanda Diaz İspaniyanın baş naziri Sançesin İsrailə qarşı sanksiyalar tətbiq etməsindən sonra “İspan səfirliyi Təl-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir” şərhini verib.
İspaniyanın baş naziri Pedro Sançes Qəzzada törətdiyi soyqırımlara görə İsrailə qarşı 9 maddəlik sanksiya qərarını açıqlayıb.
Koalisiya hökumətinin kiçik tərəfdaşı olan Sumar Alyansından Yolanda Diaz ölkəsi İsrailə qarşı sanksiyaları elan etdikdən sonra Bluesky sosial media platformasında bir mesaj yayımlayıb.
“FƏLƏSTİN BİZİ GÖZLƏYİR”
Diaz mesajında ”İspaniya səfirliyi Təl-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir” deyib.
Baş nazir Pedro Sançesin Qəzzada törətdiyi soyqırımdan ötrü İsrailə qarşı doqquz maddəlik sanksiya qərarını açıqlaması ilə bağlı Diaz, “Bu səbəbdən hökumətdəyik. Bunu keçən həftə ortağımıza (koalisiyanın yüksək səviyyəli ortağı Sosialist İşçi Partiyası) çatdırdıq. Ölkəmiz soyqırımı dayandırmaq üçün daha çox şey etməli idi” deyib.
Diaz həmçinin vətəndaş cəmiyyəti təşkilatlarına Fələstinə verdikləri dəstəyə və hökumətlərə İsrailə qarşı sanksiyalar tətbiq etməyə təzyiq etdiklərinə görə təşəkkür edib.
Sumar alyansına daxil olan mədəniyyət naziri Ernest Urtasun isə İspaniyanın dövlət televiziyası RTVE-yə müsahibəsində hökumətin İsrailə qarşı sanksiya qərarlarını çox müsbət və güclü hesab etdiyini vurğulayıb.
Urtasun İsraillə bütün əlaqələrin kəsilməsini və İspaniyanın Təl-Əvivdəki səfiri Ana Salomon Perezin geri çəkilməsini sanksiyalar paketinə daxil etmək istədiklərini, lakin hökumətin yüksək səviyyəli tərəfdaşı bunu rədd etdiyini bildirib.
İspaniyanın mədəniyyət naziri bildirib ki, İsrail Eurovision Mahnı Müsabiqəsi kimi bütün beynəlxalq tədbirlərdən kənarda saxlanılmalıdır.
İspaniyanın Baş naziri Sançes bu səhər İsrailə qarşı silah embarqosunu qanuni olaraq gücləndirən kral fərmanının təsdiqi və Qəzza zolağında soyqırım, insan hüquqlarının pozulması və müharibə cinayətlərində bilavasitə iştirak edən bütün şəxslərin İspaniyaya girişinə qadağa qoyulması da daxil olmaqla, İsrailə qarşı doqquz maddəlik sanksiya qərarını açıqlayıb.
Sançesin açıqlamalarından sonra İsrail hökuməti İspaniyadan olan Baş nazirin müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz, Gənclər və Uşaq İşləri Naziri Sira Reqonun (Fələstin əsilli) ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
Mənbə: EnSonHaber
