10 C
Baku
19 Mart 2026, 23:58
Dünya

İspaniya hərbçiləri Türkiyə üzərindən təxliyə olunur

NATO-nun təhlükəsizlik səbəbilə İraqdakı missiyasını dayandırmaq qərarından sonra bölgədə hərbi hərəkətlilik artıb. Bu çərçivədə İraqda xidmət edən İspaniya hərbçilərinin bir hissəsi Türkiyə üzərindən təxliyə edilib.

İspaniyanın müdafiə naziri Margarita Robles bildirib ki, NATO missiyası çərçivəsində fəaliyyət göstərən 100 ispan hərbçi artıq təxliyə olunub. Onların hazırda Türkiyədə olduğu və ya bu ölkəyə doğru hərəkətdə olduğu qeyd edilib.

Nazir təxliyə prosesinin mürəkkəb və çətin keçdiyini vurğulayaraq, əməliyyat zamanı tez-tez hava hücumu siqnallarının verildiyini bildirib. Onun sözlərinə görə, hərbçilər təhlükəsiz şəkildə bölgədən çıxarılaraq Türkiyədə yerləşdiriləcəkləri hərbi bazaya yönləndirilib.

Məlumata görə, hazırda İraqda təxminən 350 NATO hərbçisi qalır ki, onların 200-ə yaxını İspaniyaya məxsusdur. Qalan şəxsi heyətin də yaxın saatlarda təxliyəsinin planlaşdırıldığı bildirilir.

Raket hücumları və qarşılıqlı atəşin davam etməsi təxliyə əməliyyatını çətinləşdirib. Təhlükəsizlik səbəbindən əvvəlcədən planlaşdırılan bəzi uçuşlar da təxirə salınıb.

Qeyd edək ki, İspaniya 2015-ci ildən etibarən NATO-nun İraqdakı missiyasında aktiv iştirak edir. Lakin bölgədə artan risklər səbəbindən missiyanın dayandırılması sahədəki vəziyyətə ciddi təsir göstərib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Pişiyiniz gün boyu yatır? – Bu normaldır, yoxsa narahat olmağa dəyər?

Aynur Camal

Tramp: İranla müharibə üçün 200 milyard dollar tələb oluna bilər

Aynur Camal

Yaxın Şərqdə gərginlik artır: enerji obyektlərinə hücumlar nefti bahalaşdırdı, Tramp İsrailə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu