Dünya

İspaniya Kralı Felipe: Qəzzalıların iztirabları sözlə ifadə edilə bilməz

İspaniya Kralı VI Felipe Misirə səfəri zamanı Qəzzada fələstinlilərin yaşadıqları humanitar böhranı və soyqırımı pisləyib və vəziyyətin təsvirolunmaz miqyasını vurğulayıb.

İspaniya kralı VI Felipe Misirə səfəri zamanı bəyan edib ki, Qəzzada fələstinlilərin çəkdiyi iztirablar sözlə ifadə edilə bilməz. Kral bəyan edib ki, sionist rejimin hücumları “yüz minlərlə günahsız insanın dözülməz iztirablarına və Qəzzənin tamamilə məhv olmasına” səbəb olub.

VI Felipe çıxışında bildirib ki, onun səfəri regionun bu “çaşqın və faciəli dövrü”nə təsadüf edir. Sionist rejimin 2024-cü ilin mayında Fələstinə qarşı hücumlarını “soyqırım” kimi qələmə verən İspaniya hökuməti işğalı tənqid edən Avropanın ən güclü səslərindən birinə çevrilib.

Madriddə təxminən 100.000 insanın iştirak etdiyi etirazlar səbəbindən bazar günü keçirilməsi planlaşdırılan Vuelta a España yarışının final mərhələsi ləğv edilib. Etirazçılar sionist rejimin tədbirdə iştirakına qarşı çıxıblar. Baş nazir Pedro Sançes “Qəzzada qəddarlıq bitənə qədər” sionist rejimə bütün idman tədbirlərini qadağan etməyi təklif edib.

Xatırladaq ki, Sionist rejim ABŞ-ın dəstəyi ilə 2023-cü ilin oktyabr ayından Qəzzada soyqırım hücumları həyata keçirir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 65 mindən çox insan şəhid olub, 165 mindən çox insan yaralanıb, 146-sı uşaq olmaqla 428 nəfər aclıqdan ölüb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

NASA: “Od Tanrısı” asteroidi Yerə yaxın keçəcək

Aynur Camal

Turistlər kütləvi şəkildə otellərdən küçələrə çıxarılır

Aynur Camal

Minlərlə insan Beyrutdan ayrılır — təhlükəsizlik narahatlığı artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu