31 C
Baku
21 İyul 2025, 11:41
Baş xəbərDünyaHadisə

İspaniya meşə yanğınları ilə mübarizə aparır

İspaniya iqlim dəyişikliyinin yaratdığı isti və quraqlığın yaratdığı meşə yanğınları ilə mübarizə aparır.

İspaniya Hərbi Fövqəladə Hallar Birliyinin (UME) verdiyi açıqlamaya görə, ölkənin şimalında yerləşən Asturiya muxtar bölgəsində 60-dan çox fərqli nöqtədə eyni vaxtda meşə yanğınları baş verib.

Yanğınların əksəriyyəti kiçik miqyasda olub.

Lakin Lavadoriya, ToranuLa Matosa kimi bəzi məntəqələrdə yanğın riskinin yüksək olması səbəbindən yaşayış məntəqələri boşaldılıb.

Asturiyada temperaturun 29 dərəcəyə çatdığı və güclü külək səbəbindən alovların sürətlə yayıldığı, yanğınsöndürmə işlərinə mənfi təsir göstərdiyi bildirilib.

Ölkənin şərqindəki Valensiya şəhərinin Villanueva de Viver kəndində martın 23-də başlayan yanğında 4900 hektardan çox ərazi yanıb və hələ də nəzarət altına almaq mümkün olmayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

“İranın xarici işlər nazirinin diplomatik çabaları nəticə verə bilməz..”

Aynur Camal

Fuji dağına pul verilir!

Aynur Camal

Ayı vuran avtomobildə olan 6 nəfər yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu