12 C
Baku
23 Noyabr 2024, 13:30
Dünya

İspaniya tətil icarələrini ləğv edəcək

İspaniya lazımi lisenziyalar olmadan fəaliyyət göstərən qısamüddətli tətil icarələrinə qarşı sərt tədbirlər görəcəyini açıqlayıb. Yerli əhali turistlərə görə qiymətlərin çox yüksək olduğunu bildirsə də, səlahiyyətlilər 2028-ci ilə qədər şəhərdə Airbnb kimi kirayələrə icazə verilməyəcəyini açıqlayıb.

İspaniya hökuməti çərşənbə günü bahalı mənzil bazarından kənarda qalan yerli əhalinin artan qəzəbi fonunda qısamüddətli və mövsümi tətil icarələrinə qarşı sərt tədbirlər görəcəyini açıqlayıb. İstehlakçı Hüquqları Naziri Pablo Bustinduy, hökumətin Airbnb və Booking.com kimi platformalardakı siyahıların lisenziyalı olub olmadığını yoxlamaq üçün araşdıracağını söyləyib.

İspaniya iqtisadiyyatının əsas sürücüsü olan turizmi saxlamaqla artıq kirayə haqqını ödəyə bilməyən və ev sahibləri daha gəlirli turist kirayələrinə üz tutan yerli əhalinin narahatlıqlarını həll etmək arasında balans yaratmağa çalışır.

Barselona meri Jaume Collboni şəhərdəki bütün qısamüddətli kirayələrin 2028-ci ilə qədər dayandırılacağını açıqlayıb.

Buna səbəb on il ərzində kirayə qiymətlərinin 68 faiz artması olub.

İspaniya Konstitusiya Məhkəməsi sözügedən tədbirin qanuni olub-olmadığını müzakirə etməyə başlayıb.

Baş nazir Pedro Sanchez bu həftənin əvvəlində hökumətin siyahıların sayını məhdudlaşdırmaq üçün tətil icarəsi obyektlərinin reyestrini yaradacağını açıqlayıb.

Barselona, ​​Kanar adaları və Malaqa sakinləri son həftələrdə turist kirayələrinin artmasına qarşı etiraz aksiyaları keçiriblər.

Bu turizm məkanlarında mövsümi qonaqpərvərlik işçiləri yer tapmaqda çətinlik çəkirlər və bir çoxları karvanlarda və ya hətta maşınlarında yatmağa əl atırlar.

Hökumət həmçinin bir aydan 11 aya qədər aralıq icarə haqqını məhdudlaşdırmaq üçün addımlar atmağı düşünür.

Airbnb və Booking.com bu sanksiyalara hələ cavab verməyib.

Mənbə:  TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Cəmi 5 dəqiqə ərzində su basmayan yer qalmadı, maşınlar su altında qaldı!

Aynur Camal

Şəhərin ortasında göyərçin heykəli ucaldıldı

Aynur Camal

İspanyada Xalq Partiyası qalib gəldi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu