22 C
Baku
27 İyul 2025, 8:58
Baş xəbərDünya

 İspaniya və Meksika arasında siyasi gərginlik

İyunun 2-də Meksikada keçirilən prezident seçkilərində qalib gələn Klaudiya Şeynbaum Pardonun oktyabrın 1-də keçiriləcək andiçmə mərasiminə İspaniya Kralı VI Felipenin dəvət edilməsinə qarşı çıxan İspaniya heç bir nümayəndəsini göndərməyəcəyini açıqlayıb. İspaniya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, “İspan hökuməti oktyabrda Mexikoda keçiriləcək Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında yer almamasını qəbuledilməz hesab edir.

Buna görə də İspaniya hökuməti öz nümayəndələrindən heç birini bu mərasimə göndərməmək qərarına gəlib” ifadələrdən istifadə edilmişdir.

Parlament monarxiyası ilə idarə olunan İspaniyanın dövlət başçısı Kral VI Felipe, xüsusilə Latın Amerikası ölkələrində rəsmi mərasimlərdə İspaniyanı həmişə təmsil etməsi ilə tanınırdı.

İki ölkə arasında siyasi böhrana səbəb olan hadisənin arxasında Claudia Sheinbaum Pardo iyul ayında “Bu qədər qırğın və şiddəti geridə qoyan İspan fəthinə görə İspaniyadan əfv tələb etmək lazımdır” demişdi. Onun ifadəsi və bu tələblə bağlı israrlı olduğu bildirilir.

2018-ci ildən Meksika prezidenti vəzifəsini icra edən Andres Manuel Lopez Obrador da keçmişdə İspaniyadan eyni tələbi bildirmişdi.

Digər tərəfdən İspaniyanın rəsmi xəbər agentliyi EFE, Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanan hesabatında, Meksikaya reaksiyanın İspaniya hökuməti tərəfindən “məntiqli, aydın və güclü” olaraq xarakterizə edildiyini yazıb.

Klaudiya Şeynbaum Pardo iyun ayında Meksikanın ilk qadın prezidenti seçilib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Arıqlamağa mane olan iki meyvənin adı verilib

Aynur Camal

Si Cinpin: Tayvanı Çindən ayırmaq cəhdlərinin qarşısı alınacaq

Aynur Camal

Pakistanda məsciddə terror törədilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu