28 C
Baku
9 İyun 2025, 19:01
Baş xəbərDünya

İspaniyada daşqınlar: 51 nəfər öldü

Güclü yağışlar İspaniyanın 7 şəhərində sel və basqınlara səbəb olub. Bildirilib ki, çoxlu sayda avtomobili sel suları aparıb, bəzi yol və körpülər uçub, aralarında uşaqların da olduğu 51 nəfər ölüb.

İspaniyanın xüsusilə şərq və cənub bölgələrini təsir edən leysan yağışlar səbəbindən 7 nəfərin itkin düşdüyü bildirilib.

Mülki Yardım Agentliyindən verilən açıqlamada Valensiya, Albasete, Mursiya, Malaga, Tarraqona, Mayorka və Almeriya şəhərlərində rekord miqdarda yağan yağışlar nəticəsində əkinçilik sahələrinin zərər gördüyü, çox sayda avtomobilin sel suları tərəfindən aparıldığı və bəzi yollar və körpülər dağılıb.

Valensiya muxtar vilayəti administrasiyasından verilən açıqlamada, aralarında uşaqların da olduğu 51 nəfərin həyatını itirdiyi bildirilib. Evlərin, küçə və prospektlərin su altında qaldığı, nəqliyyat vasitələrinin sürükləndiyi ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Valensiyanın Pikanya şəhərində gecə saatlarında daşqınlar nəticəsində körpü çöküb. Kənd təsərrüfatı torpaqlarına böyük ziyan dəyib. Malaqa yaxınlığında təxminən 300 sərnişini daşıyan yüksək sürətli qatar relsdən çıxıb, xəsarət alan olmayıb. Valensiya və Madrid arasında sürətli qatarlarda, eləcə də daşqından zərər çəkmiş ərazilərdə şəhərətrafı digər xətlərdə fasilələr yaranıb.

Səlahiyyətlilər, əlverişsiz hava şəraitinin davam edəcəyinin gözlənildiyini bildirib və əhaliyə evdə qalmağı və bütün vacib olmayan səyahətlərdən çəkinməyi xəbərdar edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

13 yaşlı qızı özündən 24 yaş böyük kişiyə nişanladılar-VİDEO

Bugün TV

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Aynur Camal

YAP növbəti qələbəyə imza atacaq!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu