17 C
Baku
10 İyun 2025, 1:54
Baş xəbərDünya

İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

İspaniyanın Valensiya muxtar dairəsinin Kulyera şəhərində keçirilən elektron musiqi festivalında güclü külək zamanı bir neçə tikili, o cümlədən əsas səhnənin bir hissəsinin uçub.

Bugün.tv TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qəzadan sonar festival dayandırılıb. Təşkilatçılar təhlükəsizlik məqsədilə tədbirin keçirildiyi ərazinin boşaldıldığını bildiriblər.

Festivalda 320 minə yaxın insan iştirak etməli idi.

Yerli Xilasetmə Xidmətinin tviterdəki açıqlamasına görə, hadisə zamanı küləyin sürəti 65 km/saata çatırdı.

Aynur Camal

Oxşar xəbərlər

2024 Olimpiya Oyunlarının maskotu Anadoluya xas Frigiya papağından ilhamlananaraq hazırlanıb

Bugün TV

Baş verən yanğında 3 nəfər öldü, 14 nəfər yaralandı

İntizar Əmirova

“Yuventus” avrokuboklardan kənarlaşdırılır? -AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu