7 C
Baku
8 Fevral 2026, 14:22
DigərDünya

İspaniyada meşə yanğınları 5 gündür davam edir

Bugun.tv xəbər verir ki, İspaniyada yanğın 4000 hektardan çox meşə sahəsini məhv edib. Təxliyə olunan 1500 nəfərin hələ də evlərinə qayıda bilməyəcəyi deyilir.

Yanğın təxminən 40 kvadrat kilometr ərazidə bir çox kəndi əhatə edib. Sakinlər heyvanlarının yeməksiz, susuz qaldığını, itkilərinin böyük olduğunu bildiriblər.

“Bölgəmizdə 200-ə yaxın insan evlərindən təxliyə edildi. Hər kəsdə böyük bir narahatlıq və qeyri-müəyyənlik var. Yanğının bu dəfə küləyin təsiri ilə kəndimizə əks istiqamətdən təsir etmə riski var. Yanmayan yerlər az idi, amma indi arta  bilər”,- Montan kəndinin bələdiyyə sədri Serxio Fornas İspaniya mətbuatına deyib.

Əlverişsiz hava şəraiti yanğının nəzarət altına alınmasına mane olur.

Baş nazir Pedro Sançes yanğın bölgəsinə gedib.

O, mətbuata açıqlamasında “Bu yanğın iqlim dəyişikliyi ilə bağlı çox ciddi xəbərdarlıqdır. Hökumət olaraq bizim işimiz mülki müdafiə sistemini gücləndirməkdən ibarət olacaq”,- deyib.

Sançes yanğından zərər çəkənlərə hər cür yardım ediləcyini söz verib.

Qeyd edək ki, İspaniya 2022-ci ildə cəmi 310 min hektardan çox ərazinin yandığı meşə yanğınlarında tarixinin ən pis illərindən birini yaşamışdı.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu