İspaniyanın Baş naziri Pedro Sançez ABŞ-ın tarifləri artırma qərarı ilə bağlı “Ticarət müharibələri ilə heç kim qalib gəlmir” deyib.
İspaniyanın Baş naziri Pedro Sançes rəsmi səfərdə olduğu Vyetnamın paytaxtı Hanoyda çıxışında ABŞ prezidenti Donald Trampın tarif qərarları ilə bağlı açıqlama verib.
“Biz xalqımızın inkişafı və rifahı naminə azad ticarətin qəti tərəfdarıyıq. Heç kim ticarət müharibəsində maraqlı deyil. Ticarət müharibələri ilə heç kim qalib gəlmir”, – Sançes deyib.
İspaniyanın baş naziri deyib ki, ticarət müharibələrində hər kəs, xüsusən də orta təbəqə və işçilər uduzur.
Mənbə: HurriYet