Bugun.tv xəbər verir ki, İspaniya Krallığının xarici işlər, Aİ və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno Türkiyəyə rəsmi səfərə gəlir.
Türkiyə Xarici İşlər Nazirliyindən səfərlə bağlı verilən yazılı açıqlama verilib. Bildirilib ki, keçirilən görüşlərdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı arasında münasibətlər və aktual regional problemlər müzakirə olunacaq. Qlobal inkişaf istiqamətləri ilə bağlı danışıqlar aparılacaq.