Bugun.tv xəbər verir ki, İspaniyada Sigma Dos adlı şirkətin açıqladığı sorğunun nəticələrinə görə, bu gün İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) qalib gəlib.
Təxminən 37,4 milyon qeydə alınmış seçicinin olduğu İspaniyada saat qurşağında bir saatlıq fərqin olduğu Kanar adaları istisna olmaqla, ölkə daxilində səsvermə prosesi saat 20:00-da (GMT 21:00) başa çatıb.
Anket nəticələrinə görə parlament çoxluğunu əldə edə bilməyən PP seçkidən əvvəl gözlənildiyi kimi hökuməti qurmaq üçün ifrat sağçı Vox partiyası ilə koalisiya qurmalıdır.
TVE-də dərc olunan sorğuya görə, 350 yerlik İspaniya parlamentində bölgü belə olub: PP 145/150, Sosialist İşçi Partiyası (PSOE) 113/118, Sumar (sol partiyaların ittifaqından yaradılmış və seçkilərdə ilk dəfə iştirak etmiş partiya) 28-32, Vox 243 və digərləri…
Bu proqnozlar özünü doğrultsa, təxminən bir il əvvəl PP-nin prezidenti seçilən 62 yaşlı Alberto Nunez Feijoo-nun baş nazir olacağı və ölkədə diktator Frankodan sonra İspaniya demokratiyası tarixində ilk dəfə olaraq ifrat sağçı partiyanın hakimiyyətə gələcəyi proqnozlaşdırılır.